Tağı Əhmədov deputatlığa namizəd olacaq? – İDDİA
Tarix: 2-04-2015, 17:45 | Çap et
Tağı Əhmədov deputatlığa namizəd olacaq? – İDDİA
Sabiq metropoliten rəisi Tağı Əhmədov vəzifə üçün əlləşir.

Onun Yeni Azərbaycan Partiyası Yasamal təşkilatına sədr olmaq perspektivi yaxındı. Tia.az-a daxil olan xəbərə görə, Əhmədov parlament seçkilərində iştirak üçün də namizədliyini irəli sürə bilər. Onun seçkilərdə iştirakı və hətta mandat şansı yüksək olduğu vurğulanır.
Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, Yasamal rayon təşkilatının vəfat etmiş sədri Fikrət İsmayılovun yerinə kimin seçiləcəyi nizamnaməyə uyğun olaraq konfransın nəticəsinə əsasən müəyyən ediləcək.
Yasamal rayon təşkilatının İdarə Heyətinin vahid qərarı ilə sədr vəzifəsi müvəqqəti olaraq kiməsə həvalə ediləcək. Növbəti konfransa qədər ola bilər ki, müavinlərdən və ya idarə heyəti üzvlərindən kiməsə həvalə edilsin. Konfransda isə artıq sədr seçiləcək. Sədrin vəzifəsinin kimə həvalə ediləcəyi Yasamal rayon təşkilatının İdarə Heyətinin qərarından asılıdır.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədrinin vəzifələrinin konfransa qədər Tağı Əhmədova həvalə olunacağı gözlənilir. Sədrin müavini olan T.Əhmədov ötən ilin dekabrından Aparat rəhbəri vəzifəsini daşıyır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net