Erməni idmançı kürsüyə qalxmadı, Azərbaycan himnini dinləmədi - VİDEO
Tarix: 2-04-2015, 17:39 | Çap et
Erməni idmançı kürsüyə qalxmadı, Azərbaycan himnini dinləmədi - VİDEO
Azərbaycan sambo ustası Bəxtiyar Abbasovun beynəlxalq turnirdə Ermənistan himni səslənən zaman ayağa durmaması sosial şəbəkələrdə böyük müzakirə obyektinə çevrildi, onu dəstəkləyənlər də oldu,təəssüflər olsun ki, qınayanlar da.

ATV.az saytının təqdim etdiyi video isə bu yarışlardan bir ay əvvəl, 27 fevralda Bolqarıstanda keçirilən digər Beynəlxalq turnirdə görüntülənib. Bu 60 kq-dək boksçular arasında keçirilən yarışda Azərbaycan idmançısı Elvin İsayev finalda Ermənistan təmsilçisi Samvel Barseqyanı məğlub edərək turnirin qalibi olub. Lakin idmançımızın şərəfinə himn səslənərkən erməni boksçu fəxri kürsüyə qalxmaqdan imtina edib.

Maraqlıdır, Samvel Barseqyan bu hərəkətinə görə Ermənistanda təpkilərlə üzləşibmi, Boks Federasiyası tərəfindən cəzalanıbmı? Belə bir fakt məlum deyil...







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net