Əsir erməni muzdlu danışdı
Tarix: 9-03-2015, 16:24 |
Çap et
Beynəlxalq Qırmızı Xaç Təşkilatı Azərbaycan ordusu tərəfindən əsir götürülmüş erməni kəşfiyyatçı Arsen Baqdasaryana baş çəkməsi barədə xəbər yayıb.
ANS PRESS-in məlumatına görə, Qırmızı Xaç görüşün martın 4-də baş tutduğunu bildirir. Görüşdə əsirin ailəsi ilə bağlı informasiya mübadiləsi aparılıb.
Təmas xəttini diversiya qrupunun tərkibində keçmiş Arsen Baqdasaryan Ermənistan ordusu tərəfindən dekabrın 26-da əsir götürülüb.
Ermənilər isə muzdlu əsgərin məhkəmə istintaqından yayındığını iddia ediblər.