Bakıda tikinti işlərinin 25 faizi dayandırılıb
Tarix: 2-04-2015, 16:32 | Çap et
Bakıda tikinti işlərinin 25 faizi dayandırılıb
Hazırda Bakıda təxminən 112 bina tikinti mərhələsindədir. Onlardan 70-75 faizində tikinti işləri intensiv gedir, 25-30 faizində isə işlər ya ləngiyib, ya da tamamilə dayanıb.

Bu barədə virtualaz.org saytına “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Ekspert hesab edir ki, ilin ikinci yarısından etibarən bir sıra obyektlərin tikintisi tamamilə dayanacaq. Buna səbəb manatın devalvasiyası, neftin ucuzlaşması və digər amillərdir.

N.İbrahimov xatırladıb ki, MDB-nin bir çox ölkələrində tikinti sektorunda maliyyə çətinlikləri yaşanır və bu problemlər Azərbaycandan da yan keçməyib. Bununla belə N.İbrahimovun fikrincə, iri obyektlərin tikintisi başa çatdırılacaq, nisbətən kiçik obyektlər isə müəyyən müddətə dondurulacaq.

“Əgər 2008-ci il böhranını yada salsaq, demək olar ki, o vaxt Bakıda tikintilərin təxminən yarısı dayandırılmış, bir hissəsi 2-3 illiyə dondurulmuş, digər hissəsi isə müvəqqəti dayandırılmışdı” - deyə ekspert bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net