Türkiyədə prokurorunun qatilinin cənazəsinin gətirildiyi ev daşlandı
Tarix: 2-04-2015, 15:28 | Çap et
Türkiyədə prokurorunun qatilinin cənazəsinin gətirildiyi ev daşlandı
İstanbul Çağlayandakı Ədliyyə Sarayına özlərini vəkil kimi təqdim edib girərək girov götürdükləri prokuror Mehmet Selim Kirazı şəhid edən və özü də əməliyyat əsnasında ölən qeyri-qanuni təşkilat mənsubu Şəfəq Yaylanın cənazəsi məmləkəti Giresunun Çanaqçı mahalına gətirilib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ciddi təhlükəsizlik tədbirləri altında gətirilən cənazəyə mahal girişində bir qrup vətəndaş reaksiya verərək etiraz edib.
Etirazların ardından yoluna davam edən cənazə konvoyu Yaylanın Karabörk kəndindəki evinə gətirilib.

Evinin bağçasına basdırılacaq olan Şəfəq Yaylanın məzar yeri hazırlanarkən, bir qrup vətəndaş evin olduğu əraziyə gəlib etiraz aksiyası keçirib. Jandarma qrupları cənazəni kəndlərində istəməyən qrupun evə gedən Çanaqçı Dərəsi üzərindəki körpüdən keçişinə icazə verməzkən, qrup ilə jandarma qrupları arasında qalmaqal yaşanıb. Körpüdən keçişlərinə icazə verilməyən qrup evi daş yağışına tutub.

Cənazə əməliyyatlarının bitməsinin ardından Şəfəq Yaylanın cənazəsinin günorta saatlarında dəfn olunması gözlənilir.

Türkiyədə prokurorunun qatilinin cənazəsinin gətirildiyi ev daşlandı
Türkiyədə prokurorunun qatilinin cənazəsinin gətirildiyi ev daşlandı
Türkiyədə prokurorunun qatilinin cənazəsinin gətirildiyi ev daşlandı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net