Əli Kərimliyə mitinq dərsi: `Ürəyinizdə qalacacaq...`
Tarix: 2-04-2015, 15:24 | Çap et
Əli Kərimliyə mitinq dərsi: `Ürəyinizdə qalacacaq...`
“Müxalifət sonuncu mitinqdə özünü gülünc vəziyyətə saldı. Hesab edirəm bu mitinqdən sonra onlar “mitinq” sözünü dillərinə gətirməməli idilər. Pafosla danışmaq lazım deyil. Onların heç bir sosial bazaları yoxdur”.

Bunu AzVision.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkili Milli Şuranın aprelin 5-nə təyin etdiyi aksiyanın heç bir əhəmiyyətə malik olmadığını deyib. Deputatın fikrincə, Milli Şura Azərbaycandakı sabitliyə kölgə salmaq istəyir:

“Onların aprelin 5-nə təyin etdikləri mitinq daha da pis olacaq. Yenə gülünc vəziyyətə düşəcəklər. Onların niyyətləri ürəklərində qalacaq. Nə qədər çalışsalar da Azərbaycanın nüfuzuna kölgə salmaq cəhdləri baş tutmayacaq. Bu gün dünyada elə bir dövlət yoxdur ki, orada Azərbaycandakı qədər sürətli inkişaf getsin. Bunun fonunda ölkəmizdəki sabitliyi pozmaq istəyənlər xarici qüvvələrə xidmət edirlər. Çünki Azərbaycan yaşamaq üçün ən əlverişli, sabit, təhlükəsiz bir ölkədir”.

Millət vəkili AXCP sədri Əli Kərimlinin mitinqdəki çıxışlarına da münasibət bildirib: “Süni qiymət artımı, inflyasiya dünyanın bütün ölkələrində var. Bütün dünya qiymət artımından ot tutub yanır. Avropa, Amerikada da qiymət artımları var. Azərbaycan kosmosda yerləşmir ki, burada qiymət artımı olmasın. Bu onların gülünc bir bəhanələridir. Devalvasiya da dünyanın bütün ölkələrində də var. Onların qaragüruh çığırmaları da göstərir ki, Azərbaycanda nə dərəcədə söz azadlığı, demokratiya var. Axırıncı mitinqə biabırçı sayda insan toplanşıdı. Onlar mitinq təşkil etmək iddiasında olmamalıdırlar. Hər dəfə biabır olurlar. Azərbaycan xalqı müxalifətə inanmır və onları dəstəkləmir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net