Yeni doğulan körpə aparatda unuduldu və yandı
Tarix: 2-04-2015, 15:22 |
Çap et
Türkiyənin Siirt əyalətində doğulandan sonra bədəni isinmədiyi üçün istilik cihazına qoyulan körpə orada unudulub. Bu səbəbdən körpə yanıb. Onun bədəninin 40 faizində yanıqlar meydana gəlib.
Özəl xəstəxanada Mehmet və Nurgül Kilvan cütlüyünün dünyaya gələn körpəsi isidiciyə, yəni küveyz aparatına qoyulub. İddiaya görə, orada uzun müddət qalan körpənin yanması son anda xəstəxana personalı tərəfindən fərq edilib.
Bədənində ciddi yanıqlar olan körpə təcili yardımla Batmandaki xüsusi bir xəstəxanaya köçürülüb. Xəstənin tənəffüsündə də problem yarandığı bildirilir. Uşağın atası isə məhkəməyə müraciət edəcəyini vurğulayıb.