Brayza: “Ermənilər üçün çox səy göstərdim...”
Tarix: 2-04-2015, 15:06 |
Çap et
“Ermənistan yetərincə çətin vəziyyətlə qarşı-qarşıya qalıb”.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı özündən asılı hala salmaq üçün məharətlə hərəkət edib:
“Yaxşı olardı ki, Ermənistan Rusiyadan bu dərəcədə asılı olmasın. İrəvana hər səfərim zamanı Ermənistan hökumətində olan həmkarlarımı enerji və digər sahələrdən Rusiyadan asılılığa düşməmək üçün çoxlu səy göstərirdim”.