Putin Oqtay Əsədovu və Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib
Tarix: 9-03-2015, 16:04 | Çap et
Putin Oqtay Əsədovu və Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib.

APA-nın məlumatına görə, Rusiya prezidentinin martın 5-i imzaladığı Fərmanda qeyd edilir ki, O. Əsədov və Ə. Həsənov Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə görə ordenə layiq görülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net