Zakir Həsənov göstəriş verdi
Tarix: 2-04-2015, 12:59 | Çap et
Zakir Həsənov göstəriş verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə 18-35 yaş arasında olan, yaxşı vokal qabiliyyətinə və hərbi-vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilər.

Mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edcək.

Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində, o cümlədən xaricdə yaşayan gənclər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının videorolikini elektron ünvana göndərmək kifayətdir.

Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və ya [email protected] elektron ünvanına göndərmək olar.

Bütün müsabiqə iştirakçılarının çıxışları www.gim.az saytında yerləşdiriləcək. Hər bir şəxs bütün ifaları izləmək, o cümlədən bəyəndiyi ifaçıya elktron səs vermək imkanına malik olacaq.

Birinci turun konsertləri hərbi hissələrin ərazilərində təşkil ediləcək. Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti təşkil olunacaq. Onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Seçim turu konsertinin sonunda iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək.

Müsabiqədə iştirak edənlərin ifalarını əməkdar artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.

İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan və Bərdə şəhərlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün 10 aprel 2015-ci il tarixədək qeydiyyatdan keçmək vacibdir.

Qeyd edək ki, daha ətraflı məlumatlarla nazirliyin rəsmi saytına girməklə tanış ola bilərsiz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net