Türkiyədəki terrorla bağlı şok İDDİA
Tarix: 2-04-2015, 10:41 | Çap et
Türkiyədəki terrorla bağlı şok İDDİA
Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbul Ədliyyə Sarayında prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçuların xarici ölkə ilə əlaqəli olduğunu deyib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir prokurorun dəfnindən sonra mətbuata hadisə ilə bağlı bəzi detalları açıqlayıb. Bildirib ki, prokuroru girov götürən şəxslər hadisə zamanı zaman xarici ölkə ilə telefon əlaqəsi saxlayıblar.

Türkiyənin “Vətən” qəzetinin yaydığı məlumata görə, polis terrorçuların danışdığı ölkənin Yunanıstan olduğunu müəyyən edib.

Belə ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının hazırkı lideri Hüseyn Fəvzi Tekin başda olmaqla təşkilat rəhbərliyinin bir neçə üzvü Yunanıstandadır.

Polis əməkdaşları onu da vurğulayıb ki, terrorçular davamlı olaraq Yunahnıstandakı mərkəzlə ünsiyyətdə olub, telefonla danışa-danışa prokuroru vurublar. Bunun səbəbi isə Yunanıstandakı mərkəzdən əmr almalarıdır.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazı öz iş otağında girov götürmüşdü. Polisin keçirdiyi əməliyyatla prokuror azad olunsa da o, aldığı silah yarasından xəstəxanada dünyasını dəyişib.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net