Uçan ev ixtira edildi - Foto
Tarix: 2-04-2015, 08:58 | Çap et
Uçan ev ixtira edildi - Foto
Macəra axtarışında olan bir sıra insanın illərdir həsrətində olduğu uçan ev arzusu artıq gerçəkləşmək üzrədir.

Publika.az xəbər verir ki, rusiyalı ekspertlərin hazırladıqları “Freedom” adlı uçan ev layihəsi həyata keçir. Bu ölkənin “Artzona.ru” dizayn və memarlıq studiyasının əməkdaşı Dmitri Ulitin və Anastasya Taratuta “Freedom” adını verdikləri uçan evi bu yaxınlarda reallaşacaq. “Freedom” zaman və məkan baxımından sərbəst hərəkət edə bilən ev layihəsidir.

Maraqlıdır ki, “Freedom”un adı heç də azadlıq yox, başqa mənada qeyd edilir: “Free” ingiliscə sərbəst, “dom” sözü isə ev anlamına gəlir. “Freedom” gələcək sahiblərinə istədikləri yerdə kirayə pulu vermədən havada sərbəst yaşamaq imkanı verəcək. Səmada hərəkət edə bilmə qabiliyyətinə malik olan uçan ev eyni zamanda həm ev, yataq, həm də hava maşını funksiyalarını yerinə yetirəcək.

Sahiblri istədikləri vaxt uçan evi meşəyə, dağa, dəniz və ya gölə endirə biləcəklər. Uçan evi həm avtomatik, həm də əllə idarə etmək olacaq. Mühəndislər bildirilər ki, “Freedom” ilə uçmaq tamamilə təhlükəsizdir. Çünki səmada hər hansı təhlükə ortaya çıxarsa, onun içindəkilər xilas ola biləcəklər.

Qeyd edək ki, hazırda qurulmaqda olan uçan ev “Freedom”in maliyyə xərcləri çoxdur. Bu səbəbdən də onun qiyməti 6 milyon avrodan bahadır. Uçan ev 4 ildən sonra satışa çıxarılacaq.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net