“Qohumlarımın evimə gəlib-getməsini istəmirəm”
Tarix: 1-04-2015, 17:00 | Çap et
“Qohumlarımın evimə gəlib-getməsini istəmirəm”
Aktyor Elməddin Cəfərov qohumları ilə bağlı maraqlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişində qonaq olan yumorist evinə qonaq gəlməsini sevmədiyini deyib:

“Qohumlarımın evimə gəlib-getməsini istəmirəm. Mənə narahatçılıq verir. Əgər mən xəstəyəmsə, baş çəkməyə gəlirlərsə, niyə sevinim? Axı mən rahat uzana, dincələ bilməyəcəm. Qohum yaxşıdır, amma bir-birimizlə zəng vurub hal-əhval tutmaq kifayətdir. Bu sözüm bacı-qardaşa aid deyil. Çünki mən onları qohum yox, ailəm hesab edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net