“Microsoft” yeni brauzeri sınaqdan keçirir
Tarix: 1-04-2015, 16:22 | Çap et
“Microsoft” yeni brauzeri sınaqdan keçirir
Dünyaca tanınmış “Microsoft” korporasiyası yeni nəsil brauzerin sınaqlarına başlayıb.

İkt.Lent.az-ın “Cnews.ru”ya istinadən verdiyi məlumata görə, bu brauzer sensorla idarə edilən ekranlı planşetlər üçün yaradılıb.

“Spartan” adlanan yeni brauzer “Windows 10 TP” ilkin versiyasına daxil edilib. Artıq indi bu brauzeri istifadə etmək istəyənlər “Windows Insider” proqramında qeydiyyatdan keçə bilərlər.

Belə ki, yeni “Spartan” brauzeri çoxfunksiyalıdır və bu ilin yay aylarından istifadəsi mümkün olacaq. Hazırda “Spartan” veb-səhifələrdə stilusun köməyi ilə qeydlərin əlavə olunması funksiyasına malikdir. Yəni istifadəçi mətnin işarələyə və əlləri ilə yaza bilər. Həmçinin elektron poçt qutusu, sosial şəbəkələr və “OneNote” vasitəsilə linklərin və kontentlərin mübadiləsini etmək mümkün olacaq.

Brauzerin “Reading List” funksiyası hətta internetin olmadığı zamanda da veb-səhifələri yaddaşda saxlayaraq, sonradan off-layn rejimində oxumasına imkan verir. Bu funksiya həmçinin internetdən PDF fayları yaddaşda saxlamaq və off-layn rejimində oxumaq mümkündür.

Bundan başqa, “Reading View” funksiyası əlavə olunub ki, bu da aktiv edildikdə, brauzerin pəncərəsində ancaq mətn və ya veb-səhifənin görüntüsü çıxır. Yəni bütün digər qrafiklər və reklam elanları səhifədə görünmür. “Spartan” brauzerində “Cortana” adlanan səsin idarə edilməsi ilə bağlı funksiya də fəaliyyət göstərir.

Qeyd edək ki, “Reading List” və “Reading View” funksiyaları standart “Apple Safari” brauzerində mövcuddur. Yəni, bu funksiyaları “Microsoft” ilk olaraq həyata keçirməyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net