Həmkarı zarafata görə Röyanı döyüb
Tarix: 1-04-2015, 15:30 | Çap et
Həmkarı zarafata görə Röyanı döyüb
Müğənni Samira Allahverdi həmkarı Röya Ayxanın ona etdiyi 1 aprel zarafatından danışıb.
Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan sənətçi Röyanın onu ağlatdığını bildirib:
“Bir dəfə martın 31-də Röya zəng edib ki, səhər saat 9-da efirdə olmalıyıq. Canlı yayımdır, “Dəli küləyim” mahnısını oxumalıyıq. Üç gündür çəkilişlərdəyəm, yorulmuşam, düşünürdüm ki, aprelin 1-də yatıb dincələcəm. Dəqiq soruşdum ki, yorğunam, 1 aprel zarafatıdırsa, etmə. Çox ciddi danışdı, inandım. Hətta dedi ki, səhər saat 8-də gəl bizə hazırlaşıb birlikdə gedək. Səhər saat 7-də oyanıb Röyagilə getdimm. Yolda zəng vururam, cavab vermir. Köməkçisini yığdım, öyrəndim ki, Röya 9-da yox, başqa saatda efirdədir, özü də tək olacaq. Bildim ki, zarafat edib. Anamgilin evi Röyanın qonşuluğundadır. Onlara getdim ki, bir az yatım. Necə ağlayıram... Sakitləşmirdim. Köməkçimə dedim ki, Röyanın qonaq olduğu verilişə gedirik. Getdim, o da xəbər tutub, tapşırıb ki, onu buraxmayın. Canlı yayıma çıxmağa qoymadılar. Qayıtdım Röyagilə, köməkçiyə deyib, evdə oturub gözlədim. Birdən qapı açıldı, Röya girib məni görəndə qışqırmağa başladı: bağışla. Bilmirəm ağlayım, yoxsa gülüm... Hirsimdən Röyanı necə döyürəmsə... Axırda məni sakitləşdirdi. Oturub birlikdə səhər yeməyi yeyib, barışdıq. Hamıya tez inanıram. Ona görə də, 1 apreldə məni aldatmaq asandır".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net