"Prokuror əməliyyatı"nın arxasında dayanan müəmmalar EKSPERT ŞƏRHİ
Tarix: 1-04-2015, 13:31 |
Çap et
Martın 31-də Türkiyə tarixinin ən qara səhifələrindən birini yaşadı. Ölkənin daxildə və xaricdə nüfuzuna zərər vuran prokuror Səlim Kirazın İstanbul Ədalət Məhkəməsindən qaçırılması ölkə gündəmini 180 dərəcə dəyişdi. Ardınca anti-terror əməliyyatçılarının hakimi qurtarma əməliyyatı isə uğursuzluqla nəticələndi. Əməliyyat zamanı qaranlıq otaqda başından 3 güllə yarası alan Kiraz elə yerindəcə keçindi. Müəmmalı və suallarla dolu bu əməliyyat hələ uzun illər müzakirə olunacaq.
Əməliyyatın pərdəarxası məqamlarını politoloq Fərhad Mehdiyevlə müzakirə etdik. Politoloq Hafta.az-a açıqlamasında bu əməliyyatın özünün araşdırılmalı olduğunu dedi:
“Bilirsiniz ki, öldürülən hakim hansı mövqedə idi. Berkin Elvan hadisəsində daxili işlər nazirliyinin mənsubları, polis işçiləri "Gəzi Parkı" hadisələri sırasında uşağın ölümünə səbəb olmuşdular. Türkiyədə Balyuz davasına görə həbs olunan bütün hərbiçilərin hamısı azad olunub. Bu o deməkdir ki, “Balyoz” palanı tamamilə yersiz idi. Heç bir əsasa malik deyildi. Dünən baş verən olayları da bununla bir yerdə qiymətləndirmək lazımdır”.
Fərhad Mehdiyevin sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyinin əməliyyatı bu işi görənlərin, dövlət orqanının imicinə böyük zərbədir:
“Antiterror əməliyyatının özü bir başa ucuz, uğursuz həyata keçirildi. Bu da prokurorun ölümünə gətirib çıxardı. Amma xüsusi təyinatlıların əlində kifayət qədər imkan vardı. Onlar qaçırılan şəxsin həyatına heç bir təhlükə törətmədən bu əməliyyatı uğurla keçirilə bilərdi. Sadə bir sual olunur? Bunlar niyə işıq və səs bombalarından istifadə etməyiblər? Bu bomba vasitəsi ilə gözqamaşdırıcı işıq dalğası və tüstü ətrafa yayılır. Həmin müddətdə isə onlar bu əməliyyatı uğurla həyata keçirmək imkanı qazana bilərdilər. Terrorçularla danışıqlara adamlar getməli idilər. Bu zaman bihuşedici siqaretlər vasitəsi ilə onları zərərsizləşdirə bilərdilər. Metod və vasitələr həddindən artıq çox idi. Amma bunların heç birindən istifadə edilməyib”.
Politoloqun sözlərinə görə, dünənki hadisə ilə Türkiyədə müəmmalı və fərqli bir mənzərə yaradıb:
“Dünənə qədər Berkin Elvan hadisəsində günahkar bilinən polislər hadisədən sonra Türkiyə ictimaiyyətinin gözündə milli qəhrəmana çevriliblər. Gəzi parkına qatılanların hər birinin ləkələnməsi meydana gəldi. Prokuror ölməsəydi bunlar da olmayacaqdı. Qaçırılan Mehmet Selim Kirazın ölümü bunları meydana gətirdi. Sual olunur ki, onlar bu əməliyyatı niyə belə planlayıblar. Baxın, Selim Kirazın başına bir yox, üç güllə vurulub. Hələlik o da bilinmir ki, onun başına dəyən xüsusi təyinatlıların, yoxsa terroristlərin gülləsi idi? Belə şəkildə əməliyyat keçirilə bilməzdi. Antiterror əməliyyatı keçiriləndə ölüm minimuma çatdırılmalıdı. Bunun üçün də xüsusi tədbir görülməlidir. Mənim üçün bu hadisə çox müəmmalı bir olay oldu”.
Fərhad Mehdiyevdən belə bir uğursuz əməliyyatın təşkil olunmasında maraqlı olan qüvvələrin kimliyindən mövqe öyrənməyə çalışdıq:
“Bu əməliyyat belə bir təsəvvür yaratdı ki, Türkiyənin anti-terror əməliyyatçıları qeyri-peşəkardır. Üstəlik bir prokurorun ölümünə də vəsilə oldular. Amma onlar əslində qeyri-pşəkar deyil. Bu ola bilməz. Bi şey haqqında fikir söyləmədən öncə mütləq araşdırma aparılmalıdır. Məncə bu daha çox qurma işə oxşayır. Prokuroru ən azından yaralı formada xilas etmək lazım idi. Ancaq indiki halda bu qeyri – peşəkarlığın ən axırıncı nöqtəsi idi. Bu qurma iş də kimə sərf edirdi, o da etdirib. Gəzi olaylarını AKP hökuməti ört-basdır etmişdi. Dünənki hadisədən sonra isə Berkin Elvanın ölümünə səbəb olanlar qəhrəman oldular. Guya Gəzi parkının iştirakçıları belə bir işə əl atıblar və bunun üçün prokuroru öldürüblər. Bu hadisə Gəzi iştirakçılarını ləkələdi, hökumti isə təmizə çıxardı”.