Bakıda hərbi hissəyə bıçaqla hücum edildi
Tarix: 1-04-2015, 13:28 | Çap et
Bakıda hərbi hissəyə bıçaqla hücum edildi
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində baş verən silahlı insidentə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən azvision.az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, martın 31-də saat 13:30 radələrində 3 nəfər mülki şəxs əllərində soyuq silahla (bıçaq) Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsindəki silah-sursat anbarları yerləşən ərazinin iki hasarını keçərək, mühafizə olunan və qadağan olunmuş sahəyə daxil olub.

Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə uyğun olaraq görülən tədbirlər nəticəsində əraziyə qeyri-qanuni daxil olan şəxslərdən ikisi tələblərə tabe olaraq dayanıb. Üçüncü şəxs tələblərə tabe olmadığından və havaya xəbərdarlıq atəşindən sonra hərəkəti davam etdirdiyinə görə ona qarşı silah işlədilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net