Bakı 2015 biletini necə əldə edək?
Tarix: 1-04-2015, 13:19 | Çap et
Bakı 2015 biletini necə əldə edək?
Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2015”) sərgisi keçiriləcək.
ANS PRESS-in məlumatına görə, sərgi aprelin 2-dən 4-dək davam edəcək.

Sərgidə 42 ölkədən 371 şirkətin iştirakı nəzərdə tutulub. İştirakçıların 60 faizi xarici, 40 faizi isə yerli turizm şirkətləridir.

Qeyd edək ki, ilk dəfə olaraq “BEGOC” (Birinci Avropa Oyunları Təşkilat Komitəsi) da sərgidə təmsil olunacaq. Sərgi zamanı Bakı 2015 Avropa Oyunlarına biletlərin paylanması haqqında məlumat veriləcək.

Bakı 2015 Avropa Oyunları, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.

Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü və dörd qeyri-Olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü olacaq. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil edəcəklər.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net