İki nəfəri bıçaqlayan 18 yaşlı yeniyetməyə 1,5 İL HƏBS
Tarix: 1-04-2015, 12:26 | Çap et
İki nəfəri bıçaqlayan 18 yaşlı yeniyetməyə 1,5 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirli bilinən 1997-ci il təvəlüdlü Orxan Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O.Quluzadə hakimlər kollegiyasının qərarı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il Nizami rayonunda qeydə alınıb. Bakı şəhər sakini 32 yaşlı Vahab Hacıyev və Tovuz rayon sakini 21 yaşlı Nicat Həsənov ağır bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərə tibbi yardım göstərilib.

Onlara xəsarət yetirməkdə şübhəlı bilinən 17 yaşlı Orxan Quluzadə saxlanılıb və ifadəsi alınıb. Onun barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net