Müğənninin atası əməliyyat olundu
Tarix: 1-04-2015, 12:09 | Çap et
Müğənninin atası əməliyyat olundu
Müğənni Fədayə Laçının atasının sirrozdan əziyyət çəkməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı atası üçün donor tapıldığını və əməliyyatın baş tutduğunu bildirib:
“Efirdə atam üçün qaraciyər verə biləcək donor axtardığımızı demişdim. Rusiyada yaşayan qohumumuz bunu görüb, mənimlə əlaqə saxladı və qaraciyərini verdi. Atam Bakıda əməliyyat olundu, çox uğurlu keçdi. Onun həkimi Mircəlal Kazımiyə təşəkkür edirəm. Hazırda vəziyyəti yaxşıdır, iki gündən sonra evə buraxılacaq. Atamın sağalmasına göydə Allah, yerdə sevənlərimin duası kömək oldu. Tanımadığım insanlar mənə mesaj yazıb, zəng vurub atam üçün dua etdiklərini deyirdilər. İbrahim Tatlısəsi güllələyəndə, onu sevənlərinin duası xilas etdi. Mən bu amillərə inanıram. Atamın yanında ağır günlərində ikinci həyat yoldaşından olan qızı Jalə və mən oldum. Anamdan boşandıqdan sonra evləndiyi xanım və oğlu onu atıb gedib. Efirdə atam üçün dua istəyəndə məni qınadılar: qohumlarımız zəng edib deyirdilər ki, özünə bununla reklam qazanırsan. Onu xəstəxanaya yerləşdirib, əməliyyat etdirdikdən sonra niyyətimin yaxşı olduğunu gördülər”.
F.Laçın atasına görə çox stress keçirdiyini bildirib:
“Son günlər çox arıqlamışam. Hamı soruşur ki, hansı pəhrizi saxlayırsan? Mən həyəcandan, fikridən bu hala qaldım. Atam komaya düşmüşdü, on gün heç nə yemədim, su belə içmirdim. Bir-iki gündür ki, nəsə yeməyə başlamışam".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net