Bakıda sərxoş sürücü polisi təpiklədi
Tarix: 1-04-2015, 11:26 | Çap et
Bakıda sərxoş sürücü polisi təpiklədi
Bakıda yol polisi sürücünü saxladığı üçün döyülüb.

“Qafqazinfo”nun verdiyi xəbəər görə, hadisə Xətai rayonu M.Hadi küçəsində baş verib.

Bakı sakini 1986-cı il təvəllüdlü Fikrət Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi Volksvagen markalı 99 DO 706 nömrəli avtomobillə yol hərəkəti qaydasını pozub. Bu səbədən DYPİ-nin inspektoru polis baş serjantı 1966-cı il təvəllüdlü Oruc Tağıyev tərəfindən saxlanılıb. Həmin vaxt avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Ramil Bağırov polisi təpikləyərək döyüb. O.Tağıyev hadisə nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net