Kişinin düz bağırsağından xeyli narkotik çıxdı - BİLƏSUVARDA
Tarix: 1-04-2015, 11:16 |
Çap et
İrandan Azərbaycana gələn daha bir nəfərin daxili orqanından narkotik vasitə tapılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Eldəniz Aslanovun üzərində axtarış aparılıb. Şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 99,927 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Araşdırmalar davam etdirilir.