Putindən Ukraynaya görünməmiş jest
Tarix: 1-04-2015, 10:35 |
Çap et
Rusiya ilə Ukrayna arasında imlananan "qış paketi"nin vaxtı daha 3 ay uzadılıb.
Axar.az xəbər verir ki, bu qərar Prezident Vladimir Putinlə Baş nazir Dmitri Medvedyev arasında keçən görüşdən sonra açıqlanıb.
Mətbuata açıqlama verən Kreml sözçüsü Dmitri Peskov Ukrayna iqtisadiyyatının çox çətin vəziyyətdə olduğunu, lakin “Qazprom”un bunun öhdəsindən gələcəyini bildirib:
“Qış paketi”nin müddəti 3 ay uzadıldı. Bundan əlavə “Qazprom” Ukraynanın aldığı təbii qazın min kubmetrinə 100 dollarlıq endirim də tətbiq edəcək”.
Xatırladaq ki, ölkənin Enerji naziri Aleksandr Novak aprelin 1-dən etibarən Ukraynaya satılacaq qazın min kubmetrinin 348 dollardan hesablanacağını açıqlamışdı.