Nazirliyin iki binası yandı – Dörd saat ərzində
Tarix: 1-04-2015, 10:31 |
Çap et
Aprelin 1-də Təhsil Nazirliyin iki binasında yanğın olub.
“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata görə, yanğınlardan biri Balakən rayonu, Şərif kəndində baş verib.
Təhsil Nazirliynə məxsus ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin 1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İkinci yanğın hadisəsi isə səhərə yaxın paytaxtda qeydə alınıb. Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin qazanxanası yanıb. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.