Bakıda silahlı insident: 1 nəfər güllələndi
Tarix: 1-04-2015, 09:25 | Çap et
Bakıda silahlı insident: 1 nəfər güllələndi
Bakının Suraxanı rayonu Pirallahı qəsəbəsində ölümlə nəticələnən güllələnmə hadisəsi baş verib.

Ans press-in məlumatına görə, qəsəbənin “Xasaxuna bağları” adlanan ərazisində yaşayan Şahverdiyev Zəfər Çıraq oğlu güllələnib. Qarın nahiyəsindən ağır yaralanan Zəfər Şahverdiyev qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan zaman yolda keçinib.

Hadisədən sonra bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə cəlb olunan polis əməkdaşları gələrək araşdırmalara başlayıblar. Hələlik qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Hadisə ilə bağlı Pirallahı polis şöbəsində başlanan araşdırmalardan sonra isə qətlin təfərrüatlarına aydınlıq gətriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net