Hövsanda 2 gündür su və qaz kəsilib - GƏRGİNLİK
Tarix: 1-04-2015, 08:43 | Çap et
Hövsanda 2 gündür su və qaz kəsilib - GƏRGİNLİK
Suraxanı rayonu Hövsan qəsəbəsində ötən gün günorta saatlarından içməli suyun və qazın verilişi dayandırılıb.

Arqument.Az xəbər verir ki, sakinlər dükanlardan su balonları almaq məcburiyyətində qalıblar. Hazırda qəsəbədə ciddi narazılıq var.

Suyun hansı səbəbdən kəsilməsi ilə bağlı isə konkret məlumat verilmir.

Sadəcə, "Azərsu" ASC-nin əməkdaşları "su xətlərindən problem var", - deyərək işlərini bitmiş sayırlar.

Su ilə yanaşı, qəsəbədə qazın verilişi də ötən gündən dayandırılıb.

Maraqlıdır ki, bu gün “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, bu gün saat 12:00-dək Bərdə, saat 16:00-dək Sabunçu, saat 18:00-dək Ağdaş və Şəki, işlər başa çatanadək isə Binəqədi, Xətai və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədardır. Ancaq ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən bu rəsmi açıqlamada Suraxanı rayonunun adı qeyd olunmayıb. Belə anlaşılır ki, qurum vətəndaşları aldatmaqla məşğuldur.

Problemlə bağlı hər iki dövlət qurumu ("Azərsu", “Azəriqaz”) ilə əlaqə saxladıq. Ancaq heç birindən normal məlumat ala bilmədik. Hövsan sakinləri isə iki qurumun məsuliyyətsizliyindən iki gündür soyuq havada qazsız və susuz keçinirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net