Çingiz Abdullayev “Neftçi”nin prezidenti seçildi - Rəsmi
Tarix: 31-03-2015, 18:08 | Çap et
Çingiz Abdullayev “Neftçi”nin prezidenti seçildi - Rəsmi
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev "Neftçi" futbol klubunun prezidenti seçilib.

Report-un məlumatına görə, yeni təyinata bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasında keçirilən Müşahidə Şurasına seçkilər zamanı qərar verilib.

Ç.Abdullayev bu postda Sadıq Sadıqovu əvəzləyib. Klubun Müşahidə Şurasında Mübariz Zeynalov, Səmədağa Qurbanov və Bəhram Bağırzadə, Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər yer alıb.

Qeyd edək ki, "Neftçi"nin sabiq rəhbəri Sadıq Sadıqov 2009-cu ildən klubun prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub və Azərbaycan futbolunda ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net