“Daxildə riyakar və satqınlar var” – DEPUTAT
Tarix: 31-03-2015, 17:52 | Çap et
“Daxildə riyakar və satqınlar var” – DEPUTAT
“I Avropa Olimpiya Oyunlarının baykot çağırışları antiazərbaycan koalisiyasının ölkəmizi gözdən salmaq yönündə həyata keçirdiyi növbəti çirkin çağırışdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı söyləyib.

Onun sözlərinə görə, bu koalisiyada erməni lobbisi və ona bağlı qüvvələrlə yanaşı, daxili satqınlar da təmsil olunur:

“Bu satqınlar öz şəxsi maraqları naminə hər şeyi, hətta dövlətini belə qurban verməyə hazıdırlar. Hər kəsə məlumdur ki, I Avropa Olimpiya Oyunlarının baykot çağırışları erməni lobbisinin sifarişi ilə həyata keçirilir. Əgər özünü azərbaycanlı adlandıran şəxslər erməni lobbisinin maraqlarına xidmət edirsə, onların ümumiyyətlə siyasətlə məşğul olmağa, ölkəmizin adından danışmağa mənəvi haqları yoxdur. İstər daxili satqınlar, istərsə də təxribatçı beynəlxalq qüvvələr gözəl bilir ki, I Avropa Olimpiya Oyunları ölkəmizin qarşısında geniş imkanlar açacaq. Azərbaycanın dünya birliyində yerini və rolunu daha da möhkəmləndirəcək. Ölkəmizə turist axınını gücləndirəcək. Buna mane olmaq üçün belə çirkin kampaniyaya qol qoyublar. 2012-ci ildə keçirilən “Eurovision” yarışması öncəsi də bu cür çağırışlar var idi. O zaman olduğu kimi, bu dəfə də onlar öz çirkin məqsədlərinə nail ola bilməyəcək və arzuları gözlərində qalacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net