Hüquq müdafiəçiləri Kəlbəcər girovlarına baş çəkdilər – Xankəndində
Tarix: 31-03-2015, 17:42 |
Çap et
“Helsinki Təşəbbüsü-92” Komitəsinin koordinatoru Karen Ohancanyan və Komitənin icraçı direktoru Svetlana Canqiryan bu gün Xankəndi şəhərində azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
Bu barədə AzVision.az “News.am” portalına istinadən xəbər verir.
Hüquq müdafiəçiləri 3 saat ərzində hər bir azərbaycanlı girovların hər birilə 3 saat söhbət ediblər.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti geri alınaraq dəfn edilib.
Ermənilər bir neçə ay öncə işğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Girovlarımız Şuşa həbsxanasında saxlanılır.