İrandan Azərbaycana keçən avtobusda həşiş qatranı tapıldı
Tarix: 31-03-2015, 17:40 | Çap et
İrandan Azərbaycana keçən avtobusda həşiş qatranı tapıldı
Avtobusda həşiş qatranı aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - sürücü Paşayi Məhəmməd Bağır Xəlil oğlu və onun köməkçisi Radfar Farbud Cəmşid oğlunun idarə etdikləri “Scania” markalı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib.

Yoxlama zamanı avtobusun salonunda ümumi xalis çəkisi 0,83 qram olan narkotik vasitə - həşiş qatranı aşkar olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net