Mərhum şairin qalmaqallı vərəsəlik işi həll edildi
Tarix: 31-03-2015, 17:18 |
Çap et
“Azərbaycan Yazıçılar Birliyindən Şaiq Vəlinin ev payına düşən məbləği aldıq. Pulun bir hissəsini onun həyat yoldaşına verdik”.
Bu sözləri Axar.az-a açıqlamasında mərhum şair Şaiq Vəlinin bacısı Bahar xanım deyib:
“Şaiq Vəlinin uşaqlarına biz baxırıq. Onun həyat yoldaşının evi var, ancaq bütün bunlara rəğmən, həmin puldan pay istədi...”
Qeyd edək ki, Şaiq Vəli 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyində ev növbəsində olub. Şairin ölümündən sonra onun payının verilməsində vərəsəlik məsələsinə görə problemlər yaranıb.