AXCP-də rəhbərliklə gənclər arasında qalmaqal - İki gənc partiyadan azad edildi
Tarix: 31-03-2015, 15:47 | Çap et
 AXCP-də rəhbərliklə gənclər arasında qalmaqal - İki gənc partiyadan azad edildi
AXCP-də gənclərlə partiya rəhbərliyi arasında qalmaqal yaranıb.

Avropa.info-nun AXCP-dəki mənbələrdən əldə etdiyi məlumata görə, iki gün öncə partiyanın Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyev və Cavid Musazadə təşkilatdan xaric olunub.

Səbəb kimi isə Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdığı bir Facebook statusu olub. Həmin statusda Ehtiram Mehdiyev martın 15-də Milli Şuranın keçirdiyi mitinq zamanı Fuad Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib.

AXCP Gənclər Komitəsinin bəzi üzvləri də Ehtiram Mehdiyevə dəstək veriblər. Bundan sonra isə, Ehtiram Mehdiyev və Gənclər Komitəsinin digər üzvü Cavid Musazadə partiyadan çıxarılıblar.

AXCP-dən əldə etdiyimiz məlumata görə, bu qərardan əsəbləşən Gənclər Komitəsinin üzvləri ilə partiya rəhbərliyi arasında ciddi gərginlik yaşanıb. Gənclər Komitəsinin üzvlərinin yaxın günlərdə bəyanat verərək, kütləvi şəkildə partiyadan çıxacaqları gözlənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net