"Boko haram"ın girov götürdüyü qadın və uşaqlar xilas edildi
Tarix: 31-03-2015, 14:21 |
Çap et
Nigeriya ordusunun əməliyyatla azad etdiyi Quvoza şəhərində “Boko Haram” terror təşkilatının girov götürdüyü qadın və uşaqlar azad edilib.
Müsavat.com-un məlumatına görə bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin sözçüsü Kris Olukolade açıqlama verib. Açıqlamada qeyd olunub ki, əsgərlər Quvozanı “Boko Haram”dan azad etdikdən sonra şəhərdə axtarış aparıblar. Nəticədə terrorçuların həbs etdiyi qadın və uşaqlar xilas edilib.
Xilas edilən girovların tibbi yardım aldığı bildirilib.