Erməni qəzeti Qarabağdakı qondarma seçkidən yazdı - “Anarxiya başlayır”
Tarix: 31-03-2015, 12:25 | Çap et
Erməni qəzeti Qarabağdakı qondarma seçkidən yazdı - “Anarxiya başlayır”
Ermənistanın “Qrapark” qəzeti işğal olunmuş Azərbaycan torpaqlarında keçiriləcək qondarma “Dağlıq Qarabağ Respublikasının parlament seçkiləri” ilə bağlı tənqidi yazı yazıb. Modern.az saytı xəbər verir ki, qəzet “Qarabağda anarxiya başlayır” başlıqlı məqaləsində seçkidə iştirak edəcək bütün separatçı rəhbərlərin məzuniyyətə çıxmasını tənqid edib.

“Aprelin 1-də “Dağlıq Qarabağ Respublikası”da parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası başlayır. Təbii ki, mövzu gülməli deyil və kampaniyanın gülüş günü başlaması da təsadüfdən başqa bir şey deyil. Amma maraqlıdır ki, bütün hakimiyyət sistemi seçkilərə cəlb olunub.

Bundan başqa, onların hamısı könüllü məzuniyyətə çıxmaq barədə ərizə yazıblar ki, seçki kampaniyasında öz inzibati resurslarından istifadə etməkdə günahlandırılmasınlar. Bunu nəzərə alaraq Dağlıq Qarabğda anarxiyanın başlanacağını deyə bilərik”,- qəzet yazır.

Qeyd edilir ki, “Dağlıq Qarbağın baş naziri”, “baş nazirin 1-ci müavini”, “baş nazirin nəzarət xidmətinin rəhbəri”, Xankəndinin “meri” və onun “müavinləri”, universitet “rektoru” və bir neçə “dekan”ı da “deputat kürsüsünə” namizəddir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net