Qalust Saakyan Narışkinlə görüşdə analoqu olmayan kəlmələr işlətdi
Tarix: 31-03-2015, 10:56 | Çap et
Qalust Saakyan Narışkinlə görüşdə analoqu olmayan kəlmələr işlətdi
Rusiya Federasiyasının Dövlət Dumasının sədri Sergey Narışkin İrəvanda rəsmi səfərdədir.

Səfəri çərçivəsində o, Rusiya-Ermənistan Universitetində Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş konfransda olub.

Çıxış edənlər qeyd ediblər ki, Qələbə keçmiş Sovet İttifaqında yaşayan bütün xalqların birliyi hesabına əldə edilib.

Amma qəflətən Ermənistan Milli Məclisinin sədri Qalust Saakyan bütün natiqlərə sözün həqiqi mənasında tüpürdü. Spikerin qürrələnməsi aydın idi - erməni mətbuatının yazdığına görə, yüksək qonağın gəlişi ərəfəsində Saakyan öz şəxsi bufetini ciddi şəkildə təzələmişdi.

Heç bir dəxli olmadan Saakyan qəflətən bəyan etdi ki, Qələbənin 70 illiyi ilə uydurma erməni soyqırımının arasında hansısa görünməz əlaqə var. Yəni tam bir cəfəngiyyat nümayişi sərgilədi və “erməni məntiqi” göstərdi. Gərək uydurma erməni soyqırımı ilə Roma imperiyasının dağılması, yaxud tatar-monqol istilası arasında əlaqə axtarırdı. Amma nədənsə “dahi” spiker bu versiyalara çox dalmadı.

Belə çıxır ki, Qalust Saakyan öz şəxsi bufetində moskvalı qonaqdan çox qalıb və belə görünür ki, milli qəlyanaltılardan əlavə nələrinsə, məsələn konyakın tamına bir az çox baxıb. Erməni hakimiyyəti tərəfindən uydurulmuş bu tarix qaça bilməyib olkədə qalmış sakinlərin başını qataraq gündəlik çörək problemindən uzaqlaşdırmaq məqsədini daşıyır. Yüzilliyin qeyd edilməsi keçəcək, amma həm iqtisadi problemlər, həm də işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytaralması ilə problem həll olunmamış qalacaq.

Həm də belə görünür ki, Ermənistan hakimiyyətinin göstərdiyi səylər boş olacaq və dəvət olunmuş yüksək qonaqlar aprelin 24-də İrəvana gəlməyəcək. Məsələn, Avstraliyadan təcili ismarış gəlib: "Bağışlayın, biz gələ bilməyəcəyik".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net