Birincidən iyirmi səkkizinci mərtəbəyə kimi yandı- Yasamalda
Tarix: 31-03-2015, 10:52 | Çap et
Birincidən iyirmi səkkizinci mərtəbəyə kimi yandı- Yasamalda
Bu gün səhər saatlarında Yasamalda yanğın baş verib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, çox mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net