Səudiyyə Ərəbistanına ABŞ dəstəyi
Tarix: 31-03-2015, 09:46 | Çap et
Səudiyyə Ərəbistanına ABŞ dəstəyi
ABŞ-ın müdafiə naziri Aş Karter Ərəb Liqasının liderlərinin planını dəstəkləyib.

ANS PRESS-in məlumatına görə, martın 20-də Nyu Yorkda danışan Karter deyib ki, koalisiya yaratmaq fikrini dəstəkləyir.

Qeyd edək ki, Ərəb Liqasının liderləri İŞİD və Yəməndə huti silahlıları ilə mübarizə üçün birgə hərbi qüvvə yaratmağı təklif edir. Bu razılaşma martın 29-da Ərəb Liqasının Misirdəki sammitində elan edilib. Səudiyyə Ərəbistanı, Misir və müttəfiqləri regional böhranlara hərbi müdaxilə üçün yeni qətiyyət göstərmək niyyətindədir.

Birgə qüvvənin necə işləyəcəyi barədə detallar isə gələn ay hazırlanacaq, tam təklif isə dörd aya ortalığa qoyulacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net