“Neftçi”dən açıqlama: “Sadıqov getməyib, Çingiz Abdullayev isə gəlməyib”
Tarix: 30-03-2015, 17:10 | Çap et
“Neftçi”dən açıqlama: “Sadıqov getməyib, Çingiz Abdullayev isə gəlməyib”
“Sadıq Sadıqovun “Neftçi” klubunun prezidenti postundan istefa verməsi haqda klubda heç bir rəsmi məlumat yoxdur”

Bunu virtualaz.org saytına açıqlamasında “Neftçi” futbol klubu mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

G.Abbaszadə tanınmış yazıçı Çingiz Abdullayevin klubun prezidenti postuna gətirilməsi barədə yayılan xəbərlərə də münasibət bildirib.

“Çingiz Abdullayevin "Neftçi"nin rəhbərliyinə gətirilməsi haqda da kluba heç bir rəsmi məlumat daxil olmayıb. Biz də bu məlumatları mətbuatdan izləyirik. Yenə deyirəm, bizə - kluba bu barədə hər hansı rəsmi məlumat daxil olmayıb” - deyə klub rəsmisi dedi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net