`Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?`
Tarix: 30-03-2015, 16:49 | Çap et
`Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?`
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransada yaşamaq qərarına gəlib. Onun bu qərarına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı facebook.com sosial şəbəkəsində münasibət bildirib.

O, yazıb ki, `Bu gündən məşhur video sahibi olan Natiq Ədilov da Fransada yaşayacaq. Bütün günü gənclərin başını xarab edib, "bu yaxınlarda hakmiyyətə Əli Kərimli gəlir və hər birinizə vəzifə verəcəyik" deyən adamın səsi Fransadan gəlir. Budur bunların riyakarlığı. Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?! Həmişə demişəm, bu adamlar yalançı və saxtakardılar! Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənci aldadıb, öz siyasətlərinin qurbanına çevirənlərin iç üzləri acılmaqdadır. Bu adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakmiyyətə gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli Kərimlinin yanında olmağın 3 faydası var: 1) Yaxşı qiymətə satılmaq; 2) Xaricə informaisya verib (əvvəllər buna işverənlik deyirdilər), oradan gələn sifarişləri yerinə yetirib, dolanmaq; 3) Xaricə köçmək`.

Orduxanlıya görə, Kərimlinin təsirinə düşən gənclər anlamalıdırlar ki, bu adamlar ancaq öz həyat şəraitlərini yaxşılaşdırmaq üçün "radikal müxalifət" libası geyinirlər: “Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını - Qənimət Zahidi, Aqil Xəlili, əmisi uşaqlarını, Natiq və s. şəxslərin Fransada yaşamasını təşkil edir. Maraqlıdır, niyə bunlar Fransada gedirlər? Hər kəs bilir ki, Azərbaycanın düşməni olan Ermənistanın Fransada çox güclü lobbisi var. Və Fransa dövləti də hər zaman Ermənistana açıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun dəstəsinin üzvləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net