Qarabağda gecə döyüşləri: 5 erməni əsgəri öldürüldü
Tarix: 30-03-2015, 16:34 | Çap et
Qarabağda gecə döyüşləri: 5 erməni əsgəri öldürüldü
Azərbaycan və Ermənistan qoşunlarınən təmas xəttində martın 29-dan 30-na keçən gecə döyüşlərdə düşmən tərəfin ciddi itki verdiyinə dair məlumatlar yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda express.am və ilur.am erməni saytlarında məlumatlar yer alır.

“Ötən sutka ərzində biz gözləyirdik ki, hökumət öz vətəndaşlarına həqiqətləri deyəcək. Lakin növbəti dəfə “DQR” və Ermənistan əhalisi çaşqınlıq vəziyyətindədir. Belə ki, 29-30 mart tarixlərində cəbhənin bir çox istiqamətlərində toqquşmalar olub. Tavuş istiqamətində bir hərbçi daxili orqanlarını deşib keçən çoxsaylı güllə yaralarından ölüb. Yuxarı Seyid-Əhmədli istiqamətində (Ağdam-red) bir əsgər həlak olub. Qarakənd istiqamətində dörd ölü var. Talış istiqamətində Ermənistan vətəndaşı öldürülüb”-məlumatlarda deyilir.

Erməni KİV-ləri onu da yazırlar ki, erməni hərbçiləri arasında vərəm və suçiçəyi epidemiyası yayılıb. Yerli əhalinin bildirdiyinə görə, yaralılar və xəstələr üçün dərman çattışmır.

Qarakənd ərazisində dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunun sərəncamında səhra hospitalı fəaliyyət göstərir.

“Lakin heç bir şübhə yoxdur ki, bu dəfə də bizim rəhbərliyimiz özünü lal və karlığa vuracaq. Müdafiə Nazirliyinin şəffaf olmayan fəaliyyəti, vətəndaş cəmiyyətinin nəzarətinin yoxluğu, deputat korpusunun laqeydliyi bundan sonra da erməni ordusunda itkilərə səbəb olacaq”- erməni KİV-ləri yazır.

Azərbaycan Müdafiə Nazirliyi hələlik cəbhədə bu gecəki döyüşlərin nəticələri barədə şərh verməyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net