"YAP və AMİP-in AXP-yə üzvülük məsələsi artıq öz müsbət həllini tapıb"
Tarix: 30-03-2015, 16:19 | Çap et
"YAP və AMİP-in AXP-yə üzvülük məsələsi artıq öz müsbət həllini tapıb"
Yaxın aylarda YAP-la AMİP-in Avropa Xalq Partiyası arasında bu quruma rəsmi üzv olaması ilə əlaqədar olaraq saziş imzalanacaq.

Bu barədə Moderator.az -a açıqlamasında AMİP sədri Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, YAP və AMİP-in Avropa Xalq Partiyasına (AXP) üzvülük məsələsi artıq öz müsbət həllini tapıb: “Bu partiyaların AXP-yə üzvlüyü ilə bağlı bu günlərdə Dublində növbəti görüş keçririlib və məsələ AXP rəhbəliyi ilə geniş müzakirə olunub. Artıq AXP rəhbərliyi YAP və AMİP-in bu quruma üzvlüyünə razılıq verilib. Qalıb məsələni rəsmləşdirmək. Bu da yaxın bir neçə ay ərzində həll olunacağına ümid edirik. Yay aylarında AXP ilə belə bir sənədin imzalanması gözlənilir.”
Y. Bağırzadə bildirdi edib ki, AXP-nin Nizamnaməsinə uyğun olaraq bu quruma üzv olmaq üçün istənilən ölkədən hakim partiya ilə yanaşı bir müxalifət partiyası olmalıdır. Y. Bağırzadə onu da əlavə edib ki, Azərbaycan Ermənistandan və digər bəzi ölkələrdən fərqli olaraq AXP-nin tam bərabərhüquqlu üzvü olacaq. Yəni səsvermə hüququna malik olacaq. Ancaq Ermənistan bu qurumda məşvərətçi səslə təmsil olunurlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net