Bu adamlara seks qadağan edildi
Tarix: 30-03-2015, 15:44 | Çap et
Bu adamlara seks qadağan edildi
Liberiya hökuməti Ebola keçirmiş adamları seksual əlaqədən imtina etməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, hakimiyyət təmsilçiləri bildirir ki, xəstəliyin törədicisi sağalmadan sonra orqanizmin mayelərində uzun müddət qalır.

Bu təhlükəli qadının sonuncu qurbanı 44 yaşlı qadın olub və o, keçən cümə dünyasını dəyişib. Tibb işçiləri onun 211 nəfərlə əlaqədə olduğunu müəyyən ediblər, amma həmin adamların heç birində xəstəlik əlaməti aşkar edilməyib. Liberiya səhiyyə nazirinin müavini Tolbert Nayensva bildirib: "Yeni nəticələr göstərir ki, infeksiya jinsi yolla keçə bilər, amma hələ bunu sübut edə bilməmişik". Onun sözlərinə görə, hazırda mütəxəssislər bu ehtimalı araşdırır.

Daha əvvəl məlum olmuşdu ki, ilkin əlamətlərin aşkar edilməsindən 82 gün sonra xəstənin spermasında Ebola izləri müşahidə edilir. Dünya Səhiyyə Təşkilatı tövsiyyə edir ki, Ebola keçirmiş xstələr sağaldıqdan sonra 90 gün ərzində seksual əlaqədən uzaq dursunlar.

Qərbi Afrikada Ebola epidemiyası 2014-cü ildən başlayıb və 10 min 300 adamın ölümünə səbəb olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net