Ermənistanın gizlədilən itkiləri – Araşdırma
Tarix: 30-03-2015, 15:28 |
Çap et
Ermənistan hökumətinin ordusunun verdiyi itkiləri ictimaiyyətdən gizlətmək cəhdi alınmayıb. Belə ki, martın 19-da cəbhədə baş vermiş döyüşdə müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimizin düşmənə ağır zərbə vuraraq 20-dək erməni həbçisini məhv etməsindən təşvişə düşən erməni hökuməti verdiyi rəsmi açıqlamada hadisələr zamanı guya 3 ölü və 4 yaralının olduğunu qeyd etmişdir.
Rəsmi məlumatlarda, yaralılardan ikisinin Yerevan Mərkəzi Hərbi Hospitalında, digər ikisinin isə Xankəndi şəhərində olduğu bildirilir. Erməni mətbuatında Yerevana aparılan yaralıların adları açıqlanmışdı. Bunlar qarın nahiyəsindən yaralanan əsgər Edqar Martirosyan və qolu amputasiya olunan, eləcə də, çoxsaylı qəlpə yaraları alan leytenant Sarkis Qabrielyandır.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırmasına görə, news.am saytının 20.03.2015 tarixli xəbərində, (http://news.am/arm/news/258008.html) daha bir yaralının Yerevana gətirildiyi barədə məlumat yerləşdirilib. Belə ki, ayaq nahiyəsindən yaralanan əsgər Jirayr Nalbandyanın yaxınları yaralının hal-hazırda Yerevan şəhərinə gətirildiyini bildirib. (Şəkil 1)
Xankəndi şəhərində olan yaralıların sayının 2 olduğu bildirilsə də, onların adları heç bir rəsmi məlumatda bir yerdə çəkilmirdi. Yalnız, müxtəlif erməni mətbuatında onlar barədə məlumatlar yerləşdirilib ki bu da, müəyyən ziddiyətli məqamları ortaya çıxarıb.
News.am saytının 20.03.2015 tarixli xəbərinə əsasən, (http://news.am/arm/news/257995.html) başından yaralanan əsgər Samvel Hakopyanın Xankəndi şəhərində olduğu və vəziyyətinin ağır olduğu bildirilir.
Saytın 20.03.2015 tarixli, qondarma Qarabağ Respublikasının müdafiə nazirinin Xankəndi hospitalında yaralı əsgərləri ziyarət etməsi ilə bağlı xəbərində (http://news.am/arm/news/258098.html) yerləşdirilən şəkilin isə yuxarıda adı çəkilən əsgərlərin heç birinə aid olmadığı müəyyən olunub. Xəbərdə əsgərin şəxsiyyəti gizlədilsə də, xəbərə edilən şərhlərin ən az üçündə Rafael adlı əsgərə şəfa arzulanır ki, buradan da daha bir yaralının adının Rafael olduğu məlum olub. (Şəkil 2)
Saytın 23.03.2015 tarixli digər xəbərində isə, (http://news.am/arm/news/258347.html) Xankəndi şəhərində hospitala yerləşdirilən əsgərlərdən digərinin adının Qor Darmanyan olduğu qeyd olunub. Məlumatda darmanyanın da vəziyyətinin ağır olduğu vurğulanıb. (Şəkil 3)
Nəticədə ilkin araşdırmalar zamanı martın 19-da cəbhədə baş vermiş döyüşdə ölən 4, yaralanan erməni əsgərlərinin sayının ən az 5 nəfər olduğu müəyyən olunub. Bu hələ, azad mətbuatın olmadığı Ermənistan Respublikasında dəfələrlə yoxlanılıb senzuranın süzgəcindən keçmiş məlumatlarda olan kiçik səhvlər nəticəsində meydana çıxan yalanlardır.
Ermənistan Respublikası Müdafiə nazirinin və qondarma respublikanın “prezidentinin” hospitala səfərləri zamanı çəkilən fotoşəkillərdə olan yeni simaları da nəzərə alsaq, ermənilərin nə dərəcədə xalqı aldatdıqları daha da aydın bəlli olur.
Martın 19-da ölən və yaralanan erməni hərbi qulluqçuları:
əsgər 1996-cı il təvəllüdlü Akop Qaqikoviç Xaçatryan – ölüb.
əsgər Eduard Qaqikoviç Ayrapetyan- ölüb.
əsgər Arşak Karenoviç Arutyunyan – ölüb.
əsgər Samvel Sasunoviç Akopyan -ölüb.
leytenant Sarkis Qabrielyan – yaralanıb.
əsgər Edqar Martirosyan- yaralanıb.
əsgər Qor Darmanyan- yaralanıb.
əsgər Rafael (soyadı qeyd olunmayıb) – yaralanıb.
əsgər Jirayr Nalbandyan- yaralanıb.