Gəncə sakini qızı qətlə yetirərək basdırıb
Tarix: 30-03-2015, 11:39 | Çap et
Gəncə sakini qızı qətlə yetirərək basdırıb
Daşkəsəndə gənc qız qətlə yetirilib

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan Gəncə sakini öz həmyerlisi 18-20 yaşlı qızı qətlə yetirərək, Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində torpağa basdırıb.

Sonra isə qətli törədən şəxs polisə hadisə ilə bağlı məlumat verib. Daşkəsən rayon polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək cəsədi basdırıldığı yerdən çıxarıblar.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Hələlik qətli törədənin və mərhumun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama verilməyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net