Sevgilisinin yarısı boyda olan əzələli kişi: "Həyat gözəldir"
Tarix: 30-03-2015, 11:36 | Çap et
Sevgilisinin yarısı boyda olan əzələli kişi: "Həyat gözəldir"
"Özümü dünyanın ən bəxtəvər insanı hiss edirəm. Çünki sevirəm və məni sevən var. Həyatım sanki gözəl musiqiyə çevrilib.
Dünyanın ən balacaboy bodibilderi, ABŞ-ın Florida ştatında, Houmsted şəhərində yaşayan danimarkalı Anton Kraft aşiq olub.
Yaşı 52, boyu 132 sm olan bodibilder 183 sm boylu Çayla Bellə birlikdə yaşamağa başlayıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Çayna Bell transseksualdır. Yəni əvvəllər kişi cinsinə mənsub olub və bir neçə cərrahiyyə əməliyyatından sonra qadına çevrilib.

Yüngül atletika ilə məşğul olmuş Çayna Bellin dediyinə görə, idmançı karyerasının 10 ili ərzində 5 dəfə çox ağır travmalar alıb.
43 yaşlı Bell deyir: "Onunla ilk dəfə tanış olanda hisslərimizin sevgiyə çevriləcəyini bilmirdim. Sonra Antonun məşq etdiyi zalda oldum və onun qaldırdığı ağırlıqları görəndə heyrətə gəldim. Onun boyu balaca olsa da, əsl kişidir. Əzələləri dəmir kimidir".

10 ildən bəri bodibildinq və pauerliftinqlə məşğul olan Anton Kraftın sözlərinə görə, çəki dərəcəsində ağırlıqqaldırma üzrə dünya rekordçusudur: "Həmişə qələbəyə can atmışam. İkinci yer mənlik deyil. Çünki hər şey çox sadədir: həmişə bir qalib var, qalanlar məğlubdur. Çaynanın da əvvəllər kişi olması mənimçün problem deyil. Onu çox sevirəm".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net