Bakıda yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü
Tarix: 30-03-2015, 11:21 | Çap et
Bakıda yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü
Nəsimi rayonunda yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, toqquşan maşınlardan birinin sürücüsü yol polisi olub. Hadisə Rəşid Behbudov küçəsində baş verib. Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı 1987-ci il təvəllüdlü Pərviz Şahverdiyevin idarə etdiyi Niva markalı 90 TT 633 nömrəli və Bakı sakini 1991-ci il təvəllüdlü Elməddin Nəsirovun idarə etdiyi Mercedes markalı 10 KR 343 nömrəli avtomobillər toqquşub. Nəticədə E.Nəsirov, sərnişinləri 1989-cu il təvəllüdlü Rahilə Gözəlova, R.Gözəlovun oğlu 2011-ci il təvəllüdlü İmaməli Natiq oğlu, bacıları Səkinə Nəsirova və Elyanə Yavtumova xəstəxanaya yerləşdirilib.

Dörd yaşlı İmaməli xəstəxanada vəfat edib, digər yaralıların vəziyyəti yaxşıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net