Separatçılar: “Bizə bütün Ukrayna lazımdır”
Tarix: 30-03-2015, 11:10 | Çap et
Separatçılar: “Bizə bütün Ukrayna lazımdır”
“Donetsk Xalq Respublikası (DXR) müharibənin üçüncü mərhələsinə hazırdır və cəbhə xəttini qərbə keçirməklə Ukraynanın başqa regionlarını da işğal etmək istəyir”.

Axar.az xəbər verir ki, bunu qondarma DXR-in təhlükəsizlik şurasının katibi Aleksandr Xodakovski verdiyi açıqlamasında deyib.

“Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Əgər biz fəallaşsaq sözsüz ki, irəliyə getməliyik. Biz bunu istəmirik, çünki belə olan təqdirdə insan tələfatı və infrastruktur itkisi qaçılmazdır. Bizim kifayət qədər insan resurslarımız yoxdur, deməli biz artilleriyadan istifadə etmək məcburiyyətindədiyk. Dağıntılar qaçılmazdır”, - Xodakovski bildirib.

Separatçı lider əsas planlarının bütün Ukrayna ərazisində Rusimeyilli antifaşist dövləti yaratmaq olduğunu deyib:
“Mən DXR və LXR-in varlığını keçid mərhələ hesab edirəm. Bizim müharibəmiz Rusiyanın cənubunda antifaşist dövləti yaratdıqdan sonra başa çatacaq. Bizə bütün Ukrayna lazımdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net