İran Türkiyəyə nota verdi
Tarix: 30-03-2015, 10:25 | Çap et
İran Türkiyəyə nota verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın bölgədə yürütdüyü siyasətini tənqid etməsi rəsmi Tehranı hərəkətə gətirib.

Axar.az xəbər verir ki, Ankaranın Tehrandakı müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin sözçüsü Mərziyə Əfham mətbuata verdiyi açıqlamada türk diplomatın nazirliyə çağırılaraq Ərdoğanın söylədiyi fikirlərə aydınlıq gətirməsinin tələb olunduğunu deyib.

Ərdoğanın dediyi sözlərdən təəssüf hissi keçirdiklərini deyən İran sözçüsü rəsmi Ankaranın bu fikirlərə aydınlıq gətirməsini və deyilən sözlərin həqiqətdən uzaq olduğu ilə bağlı etiraf gözləntilərini dilə gətirib.

Xatırladaq ki, Ərdoğan İranın Yaxın Şərqdə yürütdüyü siyasəti tənqid edərək “İran bölgəni maliyyələşdirir. Yəmən, Suriya və İraqda bütün qüvvələrini geri çəkməlidir”, - kimi fikirlər dilə gətirmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net