Qərb bölgəsində güclü qar yağır
Tarix: 30-03-2015, 10:17 | Çap et
Qərb bölgəsində güclü qar yağır
Ötən gün axşam saatlarından Daşkəsən rayonuna güclü qar yağmağa başlayıb. Hazırda rayon mərkəzində qarın qalınlığı 10, nisbətən yüksək ərazilərdə isə 15-20 santimetrə çatıb. Daşkəsən rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağan qar ciddi fəsad yaratmayıb.

Avtomobillərin normal hərəkəti üçün yollar nəzarətdə saxlanılır. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatı da normal qaydadadır.

Digər dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, hazırda rayon mərkəzində qarın qalınlığı 5 santimetrə çatıb.

Ancaq yağan qar ciddi problemlərə yol açmayıb. Kəndlərlə rayon mərkəzini birləşdirən yollar açıqdır. İşıq və qaz verilişində uzunmüddətli fasilələr müşahidə olunmur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net