Şahin Müstafayevə süni qiymət artımına görə xəbərdarlıq edilib
Tarix: 30-03-2015, 09:29 | Çap et
Şahin Müstafayevə süni qiymət artımına görə xəbərdarlıq edilib
Martın əvəllərində manatın dollara nisbətən aşağı düşməsi Azərbaycanda bəzi məhsulların süni qiymət artımına səbəb oldu. Elə ilk günlərdən hökümət qiymətlərin stabil saxlanılması ilə bağlı mümkün tədbirlər planı həyata keçirsə də qismən və çətinliklə nail ola bildi. Buna baxmayaraq, bəzi məhsullar, əsasən də siqaret bahalaşdı.
Novruz bayramı ərəfəsində isə demək olar ki, bütün ərzaq məhsullarının qiymətində artım müşahidə olundu və hələlik bu artımış qitmət bazarda hökm sürür. Hazırda çörəkdən başqa demək olar ki, bütün ərzaq məhsullarının qiymətində az da olsa artm müşahidə olunur.
Ən maraqlısı odur ki, yalnız bazar qiymətlərinə təsir edə bilməyən bir neçə kiçik marketlərin sahibləri süni qiymət artımına görə, cərimələnib. Bəzi boyük və şəbəkə marketlərdə isə süni qiymət artımı aşkarlansa da, cərimələr tətbiq olunmayıb. Bunun da özəl və məqbul səbəbləri var.
Bizimxeber.az-a daxil olan məlumata görə, Azərbaycanda manatın məzənnəsinin dollara nisbətən aşağı salınmasının nəticəsində süni qiymət artımının olacağı öncədən bəlli olub və bu işə nəzarət İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevə ciddi şəkildə tapşırılıb. Mətbuatdan da bəlli olduğu kimi, ilk günlər nazirlik rəsmiləri və nazirliyin aidiyyatı qurumları süni qiymət artımı ilə mübarizə aparsa da bu heç bir ciddi effekt vermədi.
Əsasən də bayram günlərində qiymətələ nəzarətsizlik nazirliyin bu fəaliyyətinin ugursuz olduğunu ortaya qoydu. Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, bazarda qiymətlərin süni artımına nəzarət edə bilməyən nazirliyin fəaliyyəti hökümətin yüxarı dairələrində müzakirə də olunub. Hətta nazir Şahin Müsatafayevə işinin öhtəsindən gələ bilmədiyi üçün xəbərdarlıq da edildiyi barədə məlumatlar var.
Mənbə bildirir ki, qiymət artımına nəzarətin itdiyini dolayısı ilə etiraf edən nazirlik rəsmiləri yeni yollar axtarışındadırlar. Hazırkı dönəmdə bütün addımların effektsiz olduğunu deyən mənbə aprel ayının ilk ongünlüyündə qiymətlərin daha da artacagını bildirir. Bu isə ehtimal ki, süni qiymət artımın qarşısını ala bilməyən Şahin Müstafayevin işini itirməsi ilə nəticələnə bilər.
Bir sözlə, böhran bir neçə naziri xərcləyə bilər ki, onlardan biri də Şahin Müstafayevin olması artıq müzakirə mövzusudur…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net